Bu ölkədə də məhdudiyyətlər ləğv edilir

Avstriyada koronavirusla mübarizə çərçivəsində təxminən yeddi aydır qapalı olan qastronomiya, mədəniyyət, idman və turizm sahələrində fəaliyyət göstərən obyektlər mayın 19-dan yenidən fəaliyyətə başlayacaq.

Bunu baş nazir Sebastian Kurz nazirlərlə birlikdə keçirdiyi brifinqdə deyib.

O, pandemiya ilə mübarizədə artıq tunelin ucunda işıq göründüyünü, bununla belə, tədbirin əldən qoyulmamasının zəruriliyini vurğulayıb:

“Koronavirus vaksini pandemiyaya qarşı təsirini göstərməyə başlayıb. Avstriyada artıq təxminən iki milyon insan vaksinasiyadan keçib”.

Baş nazir iaşə, mədəniyyət, turizm və idman sektorlarındakı obyektlərdə işləyənlərin pandemiyadan ciddi zərər gördüyünü bildirib:

“Təhlükəsizlik tədbirlərinə riayət etməklə, bu dörd sector mayın 19-dan etibarən xidmət göstərməyə başlayacaq”.

Ölkədə restoranlarda içəridə dörd, açıq məkanlarda isə 10 nəfərin birlikdə oturmasına icazə veriləcək. bu qəbildən olan obyektlərin 22:00-dək fəaliyyəti mümkün olacaq.

Mədəni tədbirlərə gəldikdə, açıq məkanlarda üç min, qapalı məkanlarda 1500 nəfərin iştirakı ilə belə tədbirləri keçirməyə icazə verilir.

Mayın 17-dən bütün təhsil müəssisələrində üz-üzə tədrisə keçiləcək.

Son xəbərlər
Digər xəbərlər