24 C
Baku
Monday, April 29, 2024

Messi ABŞ-dan 7,3 milyon dollara mənzil aldı

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messinin ailəsi ABŞ-ın Florida ştatının Sanni-Ayls-Biç şəhərində elit mənzil alıb.

“The Real Deal” nəşrinin məlumatına görə, argentinalı hücumçunun ailəsi Kollinz küçəsindəki çoxmənzilli binanın bütün 9-cu mərtəbəsini 7,3 milyon ABŞ dollarına əldə edib. Mənzildə 4 yataq otağı, 4 vanna otağı, 195 kvadratmetr terras və 1 000 şüşə qablıq şərab soyuducusu var.

Alış 34 yaşlı forvardın ailəsinin “Porsche Design Tower”dəki mənzil üçün 5 milyon dollar ödəməsindən 2,5 il sonra baş verib. Sanni-Aylsdan 10 məhəllə cənubda yerləşən mənzilin alışına Lionelin atası Xorxe Messi cavabdeh olub.

Qeyd edək ki, “Forbes” Lionel Messini 2020-ci ilin ən yüksək ödənişli idmançıları siyahısında 3-cü yerdə göstərib. Ötən il o, maaş və bonuslarla birgə 104 milyon dollar qazanıb.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər