18 C
Baku
Tuesday, November 11, 2025

“AccessBank” ilk rübdə istehlak və biznes kreditlərini böyütdü

Azərbaycanda fəaliyyət göstərən 100% xarici kapitallı “AccessBank” QSC-nin 2021-ci ilin ilk rübü üzrə kredit portfelini 3.4% böyüdüb.

Banker.az bu barədə Bankın 31 mart 2021-ci il tarixinə təqdim etdiyi rüblük hesabatda bildirilir.

Hesabata görə, müştərilərə verdiyi kredit portfelinin həcmi 519.89 milyon manat olub. Bu da ilin əvvəli ilə müqayisədə 17.31 milyon manat, yaxud, 3.4% artım deməkdir.

Artım “AccessBank”ın istehlak və biznes kreditləri portfelində müşahidə edilib. İstehlak kreditlərinin həcmi ilin əvvəli ilə müqayisədə birinci rübün sonuna 3.57 milyon manat (6.8%) artımla 56.42 milyon manata, biznes kreditləri isə 13.83  milyon manat (3.1%) artımla 456.21 milyon manata, daşınmaz əmlaka verilən kreditlərin həcmi isə cüzi azalma (1.3%)  ilə 7.25 milyon manata düşüb.

Bankın aktivlərinin həcmi 847.94 milyon manatdır. Burada 143.38 milyon manat (-0.9%) nağd pul vəsaitləri, 44 milyon manat (-20.7%) banklar və digər maliyyə institutlarındakı depozitlər, 38.9 milyon manat (-6.9%) ticarət və investisiya qiymətli kağızları, 62 milyon manat (3.8%) isə əmlak və avadanlıqlar olmuşdur.

t433453

Son xəbərlər
Digər xəbərlər