Yeni iqlim reallıqları şəraitində “OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması müddətsiz uzadıla bilər.
Bu barədə Rusiyanın “Lukoil” neft şirkətinin vitse-prezidenti və ortaq sahibi Leonid Fedun deyib.
O bildirib ki, “OPEC+” razılaşması uzun bir tarixi perspektiv üçündür, yeni iqlim reallıqları şəraitində bəlkə də həmişəlik olacaq.
Xatırladaq ki, Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.