Türk şirkəti Azərbaycanda bağlandı.
Banker.az xəbər verir ki, “Saba Elektromexanik Sistemlər, Sənaye və Ticarət LTD” ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini Yasamal rayonu, Şərifzadə küçəsi, ev 12, mənzil 25 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, bu şirkət Azərbaycanda 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 40 000 USD və qanuni təmsilçisi Ahmet Ardıç-dır.