7 C
Baku
Thursday, December 12, 2024

BOKT-lara diqqət artacaq

Regionlarda sosial rifahın yüksəlməsində mikromaliyyənin rolunu nəzərə alaraq 2015-ci ildə bank olmayan kredit təşkilatlarının inkişafına diqqət artırılacaq.

Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir.

Bəyanatda bildirilir ki, mikromaliyyə institutları, o cümlədən “Azərpoçt” MMC-nin regional xidmət şəbəkəsi vasitəsilə bank xidmətlərinə çıxışın artırılması üzrə əlavə tədbirlər görüləcək. Regional bankçılığın inkişafı diqqətdə saxlanılacaq, kredit institutlarının regional şəbəkəsinin genişləndirilməsi təşviq olunacaq. Fiziki filial şəbəkəsi ilə yanaşı, distansion bankçılıq mexanizmlərinin, o cümlədən, elektron bankçılıq alətlərinin inkişaf etdirilməsi mühüm prioritetlərdən olacaq.

AzərTAc

Son xəbərlər
Digər xəbərlər