Gürcüstanda COVID-19 pasportları veriləcək

“Yaxın zamanlarda Gürcüstanda COVID-19 pasportlarının verilməsi təcrübəsi tətbiq olunacaq”.

Bunu Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya deyib.

O, hazırda sənəddə əks olunacaq əsas göstəricilərlə bağlı işlərin aparıldığını bildirib: “Pasportda vaksinasiya tarixçəsi, keçirilmiş xəstəliklər, bəzi hallarda PCR testin cavabları yer alacaq. Hesab edirəm ki, bu sənədin tətbiqi təcrübəsi qısa zaman ərzində reallaşdırılacaq”.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər