-3 C
Baku
Sunday, December 15, 2024

Hindistanda koronavirusdan ölənlərin cəsədləri küçədə yandırılır

Hindistanda koronavirusdan ölənlərin cəsədləri krematoriyada yer olmadığından küçələrdə yandırılır.

Banker.az “İz.ru”a istinadən xəbər verir ki, bu barədə “Independent” yazır. Qeyd edildiyi kimi, həkimlər və cənazə xidmətləri mövcud vəziyyətin öhdəsindən gələ bilmirlər, çünki artıq ikinci həftədir ölkədə Covid-19-dan rekord sayda ölüm hadisəsi qeydə alınır.

Bildirilir ki, son bir gündə Hindistanda 352 mindən çox insan koronavirusa yoluxub, onlardan 2800 nəfər dünyasını dəyişib. 25 aprel tarixində Hindistanın baş naziri Narendra Modi ölkəni “koronavirus fırtınası” bürüdüyünü bildirib.

Hindistan Covid-19 xəstələrinin sayına görə dünyada ikinci yerdədir. “Worldometer” portalının verdiyi məlumata görə, indiyədək 17.3 milyon nəfər yoluxub, onlardan 195 min nəfər ölüb.

Son xəbərlər
Digər xəbərlər