Ayın sonuna doğru “maaşsızlıqdan” əziyyət çəkirsinizsə, deməli nələrisə artıq dəyişmək zamanıdır. Bir çox insanların əsas problemi qazandığı məbləği düzgün şəkildə bölüşdürə bilməməkdir.
Vəziyyəti düzəltmək üçün şəxsi gəlir və xərclər büdcənizi balanslaşdırmaq lazımdır. Burada çətin heç nə yoxdur, əsas olan intizamlı olmaq və qənaət etməyə kömək edən vacib nüanslara diqqət yetirmək lazımdır.
İstifadə etmədiyiniz əşyaları almayın
Bizlərdən hər birimiz nə vaxtsa faydasız alış-verişlərə yol verib. Bu faydasız əşyalara isə xərclədiyiniz məbləği daha səmərəli bir şey üçün istifadə etmək mümkün olardı.
Əmək haqqınızı faktiki gəlirləriniz ilə mütənasib şəkildə uyğunlaşdırın
Maliyyə büdcələşməsində geniş yayılmış səhvlərdən biri şəxsi gəlirin təyin edilmiş məbləğ üzrə təşkil edilməsidir. Burada xalis gəlir biz düşündüyümüzdən daha aşağıdır. Qəbul edək ki, aldığımız maaşın bir hissəsi kommunal və digər xərclərin ödənilməsi üçün ayrılır.
Plastik kartla ehtiyatlı olun
Hazırda plastik kartla alış-veriş etmək və hesablaşmaq daha rahat və dəbdədir. Lakin zamanla “pulların küləyə sovrulduğu” hissi dərk edilir. Statistikaya əsasən, plastik kartların fəal istifadəçiləri digər insanlardan 20% daha çox pul xərcləyirlər. Bu səbəbdən də plastik kartla edilən ödənişlərin sayını azaltmaq məsləhətdir. Kağız pullarla isə vidalaşmaq elə də asan olmur.