Son bir neçə ildə vaxtı keçmiş kreditlərin artımı göz önündədir. Elə 2014-cü ildə də qaytarılmayan borclar üzrə xeyli artım olub.
Mərkəzi Bank tərəfindən hazırlanan bullitenlərdə vaxtı keçmiş kreditlərin sürətlə artmasının şahidi oluruq. Araşdırmalar onu göstərir ki, hazırda ölkədə geri qayıtmayan kreditlərin ümumi məbləği 1 milyard manata çatır.
Banker.az portalı olaraq ölkə banklarının kredit portfeli və vaxtı keçmiş kreditləri haqqında apadığımız təhlili diqqətinizə çatdırırıq. Hazırda vaxtı keçmiş kreditlər bankların ən vacib problemlərdən biridir. Belə ki, 2014-cü ildə vaxtı keçmiş kreditlər 166.4 mln manat artaraq, 1 dekabr 2014-cü il tarixində 981,5 mln manata çatıb.
Aşağıdakı cədvəldə 2014-cü ilin ayları üzrə vaxtı keçmiş kreditlərin artım dinamikası ilə tanış ola bilərsiniz.
mln manat
Son 5 il ərzində vaxtı keçmiş kreditlər 678 mln manat mln manat artıb. Bu da son 5 ilin müqayisəsində təxminən 3 dəfədən çox artım deməkdir. Hazırda sizə son 5 ildə vaxtı keçmiş kreditlər üzrə baş vermiş artımı diqqətinizə çatdırırıq.
Milyon manat
Ekspertlər fikrincə, vaxtı keçmiş və qaytarılmayan kreditlərin portfelində istehlak kreditləri üstünlük təşkil edir. Vaxtı keçmiş kreditlər üzrə göstəricilərin azalması üçün ciddi qərarların verilməsinə baxmayaraq, bu göstərici sürətlə artmaqdadır. Belə ki, problemli kreditlərin azalması üçün Mərkəzi Bank tərəfində ölkə banklarına kreditlərinin verilməsinə dair məhdudiyyətlər tətbiq edilib. Lakin bu məhdudiyyətlər problemli kreditlərə o qədər də təsir etdiyini deyə bilmərik. Çünki ay ərzində vaxtı keçmiş kreditlər üzrə stabil artımlar bu seqmentdə heç bir dəyişikliyin olmamasının bariz nümunəsidir.