8 C
Baku
Friday, December 13, 2024

Gürcüstanda Çin vaksini 18 yaşdan yuxarı şəxslərə vurulacaq

Gürcüstanın 18 yaşdan yuxarı vətəndaşları Çinin “Sinopharm” peyvəndi ilə vaksinasiya prosesinə cəlb olunacaq.

Bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze məlumat verib.

Onun sözlərinə görə, İmmunizasiya Şurasının qərarı ilə peyvəndlənməyə onlayn qeydiyyat bu gün saat 20:00-dan etibarən başlayacaq.

Nazir qeyd edib ki, “Sinopharm” preparatının 18 yaşdan 60 yaşadək şəxslər üçün təhlükəsiz olduğunu sübut edən bir sıra önəmli araşdırmalar mövcuddur: “Şura bu araşdırmalara əsaslanaraq vətəndaşlarımızın Çin vaksini vurdurması üçün imkan yaradır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər