Sosial sığorta haqları üzrə daxilolmalarda son 2 ildə 22% artıb.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunuğdan məlumat verilib.
Məlumatda bildirilib ki, 30-a yaxın fəaliyyət sahəsi üzrə fərdi qaydada fəaliyyət göstərən sahibkarların sosial sığorta haqlarının azaldılmasının nəticələri qeyd edilib.
Həmçinin qeyd edilib ki, ümumilikdə bu ilin yanvar-mart aylarında pensiyaların orta aylıq məbləğinin ilin əvvəlinə nisbətən 11.8% artaraq 1 aprel tarixinə 332 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin əvvəli ilə müqayisədə 10.7% artaraq 362.3 manata çatdığı diqqətə çatdırılıb.