Ağ Evin mətbuat katibi Cen Psaki tədbirdə zarafatla ABŞ-ın 16-cı prezidenti Abram Linkolnun ruhuna bənzədiyi bir səsə görə çıxışını yarımçıq kəsib.
Bu barədə “ABC News Politics” xəbər verir.
Psakinin jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqi zamanı uca səs eşidilib. Sosial şəbəkələrdə yayılmış kadrlarda Ağ Evin mətbuat katibinin əvvəlcə qorxması diqqəti cəlb edir.
“Qorxmayın. İstisna deyil ki, bu, Linkolnun dolaşan ruhudur”, – o, fərziyəsini irəli sürərək çıxışına davam edib.
Bu, Psakinin tənqidə məruz qalan ilk səhvi deyil. O, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri olduğu zamanlarda da, dünya siyasətini müzakirə edərkən yol verdiyi və səhvlərə görə dəfələrlə tənqid və parodiya obyektinə çevrilib.
Cen Psaki habelə Ağ Evin mətbuat katibi postunda da artıq bir neçə səhvlə nəzərə çarpıb: məsələn, kosmik qüvvələrlə (“Space Force”-red) və prezident təyyarəsini (“Air Force One”) qarışdırıb.