Che Guevara hələ uşaq yaşlarından astma xəstəliyindən əziyyət çəkirdi. Bu səbəbdən də natiqlik qabiliyyətindən məhrum idi və çətinliklə danışırdı.
Che Guevaranın onu güllələməyə gələn serjant Mario Terrana dediyi son sözlər bundan ibarət idi: “Güllələ, qorxaq, sən sadəcə bir insanı öldürəcəksən!”
“Che Guevaranın lənəti” haqqında əfsanə mövcuddur. Bu əfsanəyə əsasən məşhur komandantın aradan götürülməsində əli olan hər kəsin sonu heç də yaxşı olmamışdır.
Ernesto Che Guevara güllələndiyi La Higuera adlı yer – “San Ernesto de la Higuera” müqəddəs hesab edilir.
İspan dilində Che Guevara haqqında 10-larla mahnıya rast gəlmək mümkündür və bunlar sırasında Hasta Siempre Comandante, Zamba al Che, America, Te Habla Ernesto və eyniadlı Che Guevara-nı nümunə göstərmək mümkündür.
İlk vaxtlarda Ernesto kitabxanaçı işləmiş, restoranlarda qab yumuş, kəndliləri və müxtəlif kənd təsərrüfatında istifadə edilən heyvanları sağaltmış, radioqəbulediciləri təmir etmiş, yük daşımış, dənizçi olmuş, fotolarla ticarət etmiş, qəzetlərə məqalələr yazmışdı.
Yorğun xarici görkəminə görə “əsəbi” Braziliya polisi tərəfindən həbs olunmuş və yerli futbol komandasına məşqçilik etməsi vədi altında azadlığa buraxılmışdı. Futbol komandası isə astmalı həkim məşqçinin rəhbərliyi altında qələbə qazanır.
Che Guevara hərbi xidmətdə olmayıb.
Che heç kimə səsini yüksəltmirdi və kiməsə lağ etməyə yol vermirdi. Lakin bununla belə danışıqda çox vaxt söyüşlərdən istifadə edirdi.
Che bütün pulla bağlı islahatlarda 3 kuba pesosunun üz hissəsində təsvir edilir.
Che Guevara Milli Aqrar İslahat İnstitutu tərəfindən Kuba sənayeləşmə proqramının direktoru təyin edilmişdi. O bu vəzifədə Kuba Milli bankının prezidenti seçilənə qədər qalır və beləliklə Che Guevara 26 noyabr 1959-cu il tarixində Kuba Milli bankının prezidenti olur.