13 C
Baku
Tuesday, May 7, 2024

“Unibank” cəlb etdiyi depozitlərin faizlərində dəyişiklik edib

Azərbaycanda depozit portfelinə görə 8-ci ən böyük bankı “Unibank KB” ASC müştərilərdən cəlb etdiyi dörd depozit məhsulunun faiz dərəcələrini 1 faiz bəndi ətrafında aşağı endirib.

Bunu Banker.az-ın Monitorinq Qrupu həftənin çərşənbə günü açıqlayır.

“Unibank”ın “Faizlər əvvəlcədən” və “Yığım” əmanətlərinin illik faiz dərəcəsi 9%-dən 8%-ə qədər, “Proqressiv” əmanətin 10%-dən 9%-ə qədər və “Müddətli” əmanətin isə 12%-dən 11%-ə qədər azaldılıb.

Qeyd edək ki,  “Müddətli” depozitlərdən (ABŞ dollarında) başqa bu depozitlərin hər biri yalnız Azərbaycan manatında qəbul edilir.

1 aprel 2021-ci il tarixinə “Unibank”ın depozitlərinin həcmi 560.66 milyon manatdır, bunun 467.39 milyon manatı fiziki şəxslərin və 93.27 milyon manatı isə hüquqi şəxslərin vəsaitləridir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər