18 C
Baku
Sunday, April 28, 2024

Lebron Ceymsin kartı rekord məbləğə satıldı

Hazırda ABŞ-ın “Los-Anceles Leykers” komandasında çıxış edən basketbolçu Lebron Ceymsin fotosunun yer aldığı kart rekord məbləğə satılıb.

“PWCC Marketplace” xəbər verir ki, kart üçün 5,2 milyon ABŞ dolları ödənilib.

2003-cü ildə buraxılan kartda oyunçunun “Klivlend” ilə Milli Basketbol Assosiasiyasında (NBA) ilk mövsümü təsvir olunub.

Burada idmançının imzası da yer alıb. Bu, basketbol tarixində ən bahalı qiymətə satılan kartdır və 23 nüsxədən ibarətdir.

Qeyd edək ki, Lebron Ceyms 2003-cü ildən NBA-da çıxış edir. 37 yaşlı basketbolçu 4 qat NBA çempionu (2 dəfə “Mayami”də, hərəyə 1 dəfə “Klivlend” və “Leykers”də) və ikiqat olimpiya çempionu (2008, 2012) olub.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər