“Bakıda 35-40 min qanunsuz taksi fəaliyyət göstərir”

“Bakıda 35-40 min qanunsuz taksi fəaliyyət göstərir”.

Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib. Onun sözlərinə görə, tıxacların səbəblərindən biri də bu cür qanunsuz, 1 manatlıq taksilərin fəaliyyətidir.

Onun sözlərinə görə, bununla bağlı müvafiq işlər aparılacaq: “Qanunvericilikdə o hissədə boşluq var. Onların cərimələnməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinin səlahiyyəti mövcud deyil, biz məlumatlandırma rolunu oynayırıq. Bununla əlaqədar təkliflər verilib, yaxın zamanlarda dəqiq bilinəcək”.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər