Türkiyənin “Assan Panel” şirkəti və Sumqayıt Texnologiya Parkının birgə müəssisinin rəhbərliyinə yeni təyinat olub.
Banker.az xəbər verir ki, bank sektorunda çalışmış Şölə Əliyev birgə müəssisə olan “Assan-STP Panel”nin Direktorlar Şurasına üzv seçilib. Bu vəzifənin icrasına 2021-ci ilin aprelindən başlayıb.
Şölə Əliyeva, hazırda STP-nin İnsan Resursları üzrə baş inzibatçı və şirkətin İdarə Heyətinin üzvidir. O, STP-yə 2020-ci ilin oktyabrında gəlib. Həmin tarixə qədər isə (2019-cu ilin dekabrı- 2020-ci ilin oktyabrı) Azərbaycan Beynəlxalq Bankının ) Təşkilatı işlər və metodologiya departamentinin direktoru kimi çalışmışdı.
Sumqayıt Texnologiyalar Parkı və Türkiyənin iri sənaye qrupu olan “Kibar Holding”ə aid “Assan Panel Sanayı ve Ticaret A.Ş.” (Assan Panel) şirkəti sendviç panellərin və tamamlayıcı məhsulların istehsalı üzrə birgə müəssisə yaratmaq məqsədilə 2021-ci ilin ilk rübündə müqavilə imzalayıblar.
“Assan-STP Panel” adı altında fəaliyyət göstərəcək şirkət STP-nin Sendviç Panelləri Zavodunun bazasında yaradılacaq. “Dünyada sendviç panel istehsal edən on ən böyük şirkətdən biri olan “Assan Panel”in Azərbaycana gəlməsi ölkənin məhsul idxalından asılılığın azalması, ixrac potensialının artırılması, həmçinin, ölkənin qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi baxımından önəmlidir”- deyə, STP-nin fevraldakı press-relizində deyilirdi.