21 C
Baku
Friday, October 11, 2024

Toyota öz statusunu qoruyub saxladı

Yaponiyanın Toyota Motor şirkəti 2014-cü ilin nəticələrinə əsasən dünyanın ən nəhəng avtomobil istehsalçısı statusunu qoruyub saxladı. Şirkət keçən il ərzində dünya bazarında 10,23 milyon avtomobil satmışdır ki, bu da 2013-cü il göstəricisindən 3% çoxdur.

Əvvəllər belə güman edilirdi ki, dünya liderliyi alman Volkswagen Group şirkətinə qismət olacaq. Lakin şirkət 2014-cü il ərzində 10,14 milyon avtomobil satmışdır.

Hər iki şirkət öz tarixləri boyunca 10 milyondan çox avtomobil satmışdır. Bununla yanaşı, Toyota şirkəti satış həcminə görə 3 ildir ardıcıl olaraq dünya liderliyinə sahibdir.

Son xəbərlər
Digər xəbərlər