12 C
Baku
Monday, September 30, 2024

“AzerGold”un ixrac gəlirlərində 13 milyon dollarlıq artım var

Bu ilin yanvar-mart aylarında “AzerGold” QSC 32 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilib.

“AzerGold”un ixrac gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 13 milyon ABŞ dolları və yaxud 68.4 % artıb.

Qeyd edək ki, ötən ilin yanvar-mart ayları ərzində “AzerGold” xarici ölkələrə 19 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Onu da qeyd edək ki, “AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 62 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər