“Azsığorta”nın İdarə Heyətinin tərkibi dəyişdirilir

“Azsığorta” ASC-nin İdarə Heyəti sədrinin müavinlərindən biri vəzifəsini tərk etdi, yeni iki müavin təyin edilib.

Banker.az xəbər verir ki, “Azsığorta” ASC-nin İdarə Heyətinin sədr müavini olan Kamran Məmmədov da vəzifəsindən kənarlaşıb.

Qoşqar Şəkərəliyev və Elbrus Fərzəliyev İdarə Heyəti sədrinin müavinləri təyin ediliblər.

Qeyd edək ki, 2021-ci ilin martında Natiq Namazovun istefası ardından, onun müavini olmuş Yusif Soltanova şirkətə sədrlik həvalə edilmişdi.

Banker.az-ın əldə etdiyi digər məlumata görə, sığorta şirkətinin maliyyəsinə nəzarət edən Təftiş Komissiyasının da üzvlərindən biri Kərimov Famil Qalib oğlu istefa verib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər