Azərbaycanda süd, pendir və kərə yağı istehsalı artıb.
Banker.az xəbər verir ki, bu ilin yanvar-mart aylarında ölkədə 13 min 312 ton pendir istehsal olunub ki, bu da 1 il öncək göstəricidən cəmi 1% çoxdur.
Kərə yağı istehsalı isə 6.3% artıb. Belə ki, hesabat dövründə 6 min 431 ton kərə yağı istehsal olunub.
Ölkədə istehsal olunmuş südün miqdarı isə 484 min ton olub ki, bu da illik müqayisədə 1.8 faiz artım deməkdir.
Süd Məhsullarının Qiymət İndeksi isə ötən aykı dövr ilə müqayisədə 0.9%, illik müqayisədə isə 5.1% artıb.