“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.
Bu barədə onun vəkili Gülnar Quluzadə məlumat verib.
Vəkil bildirib ki, İ.İsmayılov barəsində ibtidai istintaq yekunlaşıb və toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Qeyd edək ki, rəsmi məlumata görə, istintaqla İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilməklə Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.