Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2007-ci ildən etibarən İndoneziya istiqamətində xam neft təchizatını həyata keçirir.
Banker.az xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov məlumat verib.
Nazir bildirib ki, bu müddət ərzində SOCAR tərəfindən İndoneziya istiqamətində ümumilikdə, 25 milyon tondan çox xam neft təchiz edilib ki, bunun da 24 milyon tonunu “Azeri Light” markalı neft təşkil edir.