16 C
Baku
Friday, May 3, 2024

Azərbaycanda son sutkada 1196 nəfər COVID-19-a yoluxub, 27 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 196 yeni yoluxma faktı qeydə alınıb, 2 162 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 319 109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 460 nəfər müalicə olunaraq sağalıb, 4 517 nəfər vəfat edib, aktiv xəstə sayı 25132 nəfərdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər