İlkin məlumata görə Dövlət Gömrük Komitəsi cari ilin yanvar-aprel ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 117.28 % əməl edib.
Bunu Banker.az DGK-nın sədri Səfər Mehdiyevin öz tüitter hesabına istinadən xəbər verir.
Komitə sədri deyir ki, nəzərdə tutulan proqnozdan əlavə 193.54 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.
İlkin məlumata görə, Dövlət #Gömrük Komitəsi cari ilin yanvar-aprel ayları üzrə nəzərdə tutulan #büdcə öhdəliyinə 117.28 % əməl edib. Nəzərdə tutulan #proqnozdan əlavə 193.54 milyon #manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.
— Safar Mehdiyev (@SafarMehdiyev_) May 3, 2021






