21 C
Baku
Friday, October 11, 2024

2014-cü ilin sonu TuranBankın aktivləri 320,1 mln. manat təşkil edib

Maliyyə rəqəmlərinə əsasən, 2014-cü ildə TuranBankın aktivləri 2013-cü illə müqayisədə 31% artaraq 320,1 mln. manat təşkil etmişdir.

Banker.az xəbər verir ki, bankın kredit portfeli isə ötən ilin sonu ilə müqayisədə 24% artaraq 220,6 mln. manata çatmışdır.

Ötən il Bankın müştəri hesabları və depozit portfeli 143,9 mln. manat təşkil etmişdir.

Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 72,2 mln. manat olmuşdur. Bu göstərici 2013-cü illə müqayisədə 17,7% artmışdır.

31 dekabr 2014-cü il tarixinə Bankın nizamnamə kapitalı 47 mln. manat təşkil etməklə 2013-cü illə müqayisədə 7% artmışdır. Hesabat dövründə Bankın məcmu kapitalı 2013-cü ilə nisbətən 14% artaraq 55,1 mln. manat təşkil etmişdir.

2014-cü il üzrə fəaliyyət nəticələrinə əsasən Bankın gəlirləri 33,346 mln. manat, xərcləri isə 26,333 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın xalis mənfəəti 5,601 mln. manat olmuşdur.

Son xəbərlər
Digər xəbərlər