25.06.2021-ci il saat 16:00-da “Qala Sığorta” ASC-nin Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti, 14, 221-ci məhəllə ünvanında yerləşən baş ofisində cəmiyyətin səhmdarlarının ümumi yığıncağının növbəti iclası keçiriləcək.
İclasın gündəliyinə cəmiyyətin 2020-ci il üzrə illik ümumi hesabatlarının təsdiqi və iclasda iştirak edən səsvermə hüququna malik səhmdarların yekdil razılığı ilə sair məsələlər daxil edilib.
“Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla “Qala Sığorta” ASC-nin Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti, 14, 221-ci məhəllə ünvanında yerləşən baş ofisində tanış ola bilərlər”- deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, sığorta şirkətinin 8.05 mln. manat nizamnamə kapitalı var. Bunun da 100% səhmdarı “AzRe Təkrarsığorta” ASC-yə məxsudur.