10 C
Baku
Friday, December 13, 2024

SOCAR-AQŞ “idxal bəyannaməsinə” görə cərimələnir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəməsi “SOCAR-AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnir.

Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi bu şirkət barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edib, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərib.

Bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İXM-in bu maddəsi ilə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə cərimə edilir. Hüquqi şəxslər  1500 manat məbləğində cərimə edilir.

“SOCAR AQS” MMC 2007-ci il tarixində SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilib.

SOCAR AQS, 2020-ci ildə “Turan Drilling & Engineering” müştərək müəssisəsi (BM) qurub.

Son xəbərlər
Digər xəbərlər