Azərbaycanda 2021-ci ilin ilk rübü ərzində mikro sahibkarların pərakəndə ticarət dövriyyəsinin həcmi açıqlanıb.
Banker.az rəsmi statistik göstəricilərə istinadla xəbər verir ki, 2021-ci ilin yanvar-mart ayları ərzində 35 milyon 159.8 min manat təşkil edib. Bu da öncəki ilin eyni dövrü ilə müqayisədə 8 milyon 66.9 min manat, yaxud 30% artım dinamikasıdır.
Ölkənin mikro sahibkarları 3 milyon 703.8 min manatlıq ərzaq malları, içiklər və tütün məmulatları ticarət olunub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilir. Bunun da 1 milyon 804.6 min manatı POS-terminallarla ödənilib. Mikro sahibkarların POS-terminallar üzrə ödənişlərin həcmi 4.2 dəfə böyümüşdür.
Mikro sahibkarların topdan satış ticarət dövriyyəsinin həcmi isə 88 milyon 335.2 min manat (öncəki ilin eyni dövrü: 54 milyon 966.8 min manat) olub.
Qeyd edək ki, qanunvericilikdə mikro sahibkar işçi sayı 1-10 nəfər olan və illik gəliri 200 min manata qədər olan şəxslər sayılır.