10 C
Baku
Wednesday, December 11, 2024

ABŞ-ın ən böyük neft kəməri operatoruna kiberhücum edilib

ABŞ-ın ən böyük neft kəməri operatoru olan “Colonial Pipeline” sistemlərinə kiberhücum edilib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, bu barədə 7 may tarixində məlum olub.

Kiberhücuma cavab olaraq boru kəməri ilə əlaqəli bütün əməliyyatlar müvəqqəti olaraq dayandırılıb və bəzi informasiya sistemləri bağlanıb.

Eyni zamanda şirkət hadisə barədə səlahiyyətli orqanlara məlumat verib. İş ilə əlaqəli araşdırmalara başlanılıb.

Xatırladaq ki, daha əvvəl genişmiqyaslı kiberhücum səbəbindən Belçika parlamentinin iclası pozulub.

Son xəbərlər
Digər xəbərlər