Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen 2023-cü ilin sonuna qədər Avropa Birliyinə təxminən 2 milyard doza koronavirus peyvəndi tədarükü üçün “BioNTech / Pfizer” ilə müqaviləni təsdiq etdiyini bildirib.
Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu, dünyanın ən böyük Covid-19 peyvəndi sifarişidir.
“Avropa Komissiyasının “BioNTech / Pfizer” ilə 900 milyon doza alışı və 2021-2023-cü illər üçün ehtiyatda olan daha 90 milyon doza üçün yeni müqaviləni təsdiq etdiyini etiraf etməyə şadam”, – deyə Ursula don der Leyen qeyd edib.
Xatırladaq ki, bu, Avropa Birliyinin “BioNTech / Pfizer” ilə imzaladığı üçüncü müqavilədir. Əvvəlki iki müqaviləyə görə Avropa Birliyi 600 milyon doza peyvənd alacaq. Yeni müqavilə növbəti iki il ərzində 450 milyon Avropa vətəndaşını vaksinasiya etmək üçün kifayət edəcək.