“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəripək” MMC-nin nizamnamə kapitalı 3,73 milyon manat və yaxud 46% artırılıb.
Şirkətin kapitalı 8 119 579 manatdan 11 849 579 manata çatdırılıb.
Xatırladaq ki, “Azəripək” 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalat, burucu sex daxildir.