Artıq NBC Bank kreditlərini eManat terminallarında ödəyə biləcəksiniz.
Qeyd edək ki, kredit ödənişlərini eManat ödəmə terminalları vasitəsilə həyata keçirmək üçün də sizə təkcə kredit ödənişi etdiyiniz kod lazım olacaq. Bundan sonra isə kredit borcunuzu ardıcıllıq ilə ödəyə bilərsiniz.
Hazırda Azərbaycan ərazisində eManat terminalları müxtəlif ictimai yerlərdə quraşdırılıb. eManat terminalları vasitəsilə müştərilər kredit ödənişlərini həftənin bütün günləri, günün 24 saatı ərzində həyata keçirə bilərlər.