2021-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 154.384 milyon dollar təşkil edib.
Banker.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, kimyəvi məhsulların ixracı illik müqayisədə 30.1 faiz artıb.
Cari ilin aprelində isə Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 45.911 milyon dollar təşkil edib ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 29.3 faiz artım deməkdir.