10 C
Baku
Wednesday, December 11, 2024

Əsas səhmdarın adı rəhbərlikdən çıxarıldı, vəzifəsi İdarə Heyəti üzvünə ötürüldü

“İcraçı Kredit Agentliyi” MMC Bank Olmayan Kredit Təşkilatının (İKA) rəhbəri dəyişdi. 2010-cu il tarixdən İKA-nın İdarə Heyətinin sədri olmuş, təşkilatın ən böyük səhmdarı Arif Əliyev Lütvəli oğlu vəzifəsindən istefa verib.

Banker.az BOKT-a yaxın mənbədən əldə etdiyi məlumata görə, onu bu vəzifədə Samir Cəlilov Fəxrəddin oğlu əvəzləyib.

S.Cəlilov 2011-ci ilin yanvarından bu günə qədər İKA-nın İdarə Heyətinin üzvi vəzifəsində və Monitorinq və risklərin idarəolunması üzrə Menecer kimi çalışırdı. O, ali təhsillidir. 1997-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə bitirib.1994-1995-ci illərdə bank sistemində işləyib, may 2007-ci ildə müsabiqə yolu ilə təşkilata tədqiqatlar və problemli kreditlər üzrə mütəxəssis vəzifəsinə təyin olunub.

Qeyd edək ki, İKA 2002-ci ilin setnyabrında dövlət qeydiyyatına alınıb, hazırda 272 076 manat nizamnamə kapitalına sahibdir.

Hazırda səhmdarlar bunlardır.

  • 85% – Arif Əliyev
  • 84% – Siyavuş Verdiyev
  • 03% – Mehman Qurbanov
  • 75% – Aşıxlı Kredit İttifaqı
  • 95% – Şahsevən Kredit İttifaqı
  • 93% – Masallı Kredit İttifaqı
  • 47% – Vidadi Musayev
  • 92% – Samir Cəlilov
  • 36% – Səbinə İsrafilova
  • 30% – Digər Təsisçilər
  • 55% – Tahirə Qurbanova
  • 29% – Fatma Abbasova
  • 28% – Yeni Daşkənd Kredit İttifaqı
  • 26% – İlham İsrafilov
  • 03% – Astanlı Kredit İttifaqı
  • 21% – Azərbaycan Kredit İttifaqları Assosiasiyası
Son xəbərlər
Digər xəbərlər