Azərbaycanın pərakəndə ticarət şəbəkəsində yanvar-aprel aylarında istehlakçılar toxuculuq məhsulları, geyim və ayaqqabılar 1 milyon 646 manat xərcləyib.
Banker.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, illik müqayisədə toxuculuq məhsulları, geyim və ayaqqabıların alışı 0.3% artıb.
Qeyd edək ki, 2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb.