10 C
Baku
Friday, December 13, 2024

“Lamborghini”nin bütün avtomobilləri 2024-cü ilin sonuna qədər hibrid olacaq

“Lamborghini” şirkəti bütün avtomobillərinin 2024-cü ilin sonuna qədər hibrid olacağını açıqlayıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir. Avtomobil istehsalçısı elektrikləşməyə 1.8 milyard dollar vəsait xərcləyəcək.

“Lamborghini markasının elektrikləşməsi – köklü şəkildə dəyişən bir dünyada ehtiyac duyduğumuz yeni kursdur. Biz xüsusi layihələr vasitəsilə ətraf mühitə təsirimizi azaltmaq istəyirik”, – deyə şirkətin CEO-su Stefan Vinkelmann qeyd edib.

Planın icrası üç mərhələdən ibarətdir. Birinci mərhələdə (2021-2022-ci illər) şirkət daxili yanma mühərrikli nəqliyyat vasitələri istehsal etməyi planlaşdırır. 12 silindrli mühərriki olan iki avtomobil modeli artıq bu il təqdim edilib.

Növbəti mərhələdə hibrid avtomobillər istehsal ediləcək: 2023-cü ildə şirkət ayrıca seriya buraxmağı planlaşdırır. 2024-cü ilin sonuna qədər bütün avtomobillər hibrid olacaq.

Şirkətin daxili hədəfi 2025-ci ilin əvvəlinə qədər CO2 emissiyasını 50% azaltmaqdır. Növbəti dörd il ərzində şirkət bu məqsədlə 1.5 milyard avro (1.8 milyard dollar) ayırmağı planlaşdırır.

Xatırladaq ki, “Lamborghini” ilk hibrid avtomobilini 2014-cü ildə Parisdə təqdim edib.

Son xəbərlər
Digər xəbərlər