22 C
Baku
Monday, September 30, 2024

Azərbaycan xaricdən 27 milyon dollarlıq mobil telefon alıb – idxalı kəskin artıb

Azərbaycana bu ilin mart ayında dəyəri 27 milyon  649 min ABŞ dolları olan mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.

Banker.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, idxal edilmiş mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları 184 919 ədəd  təşkil edib.

Fevral ayı ilə müqayisədə martda idxalın miqdarı 23.1%, dəyəri isə 15% artıb.

Yanvar-mart aylarında isə ölkəyə 483 621 ədəd mobil qurğu idxal olunub. Bu illik müqayisədə 72.6% çoxdur.

Bu müddətdə idxal olunan məhsulların dəyəri isə 75 milyon 145 min dollar təşkil edib ki, bu da illik müqayisədə 98.5% çoxdur

Son xəbərlər
Digər xəbərlər