2020-ci ildə adını “Mol Bulak”-dan “M Bulak”a dəyişən bank olmayan kredit təşkilatı həmin ildə zərərə düşüb.
Banker.az xəbər verir ki, “M Bulak BOKT” MMC-nin 2020-ci il üzrə maliyyə hesabatında 8 518 min manat (8.52 mln.) faizdən gəlirlər əldə edib (illik müqayisədə: – 3.6%), 520 min manat isə faiz xərcləri idib. Xalis faiz gəlirləri bunla da 7 998 min manata qədər geriləyib.
Qeyri-faiz əməliyyatlarılnda, haqq və komissiyadan xərclər 173 min manat (2019-cu il: 168 min manat), xarici valyuta üzrə əməliyyatlardan gəliri 1 520 min manat (-686 min manat), əməkhaqqı xərcləri 1 904 min manat (1 998 min manat), sair ümumi inzibati xərclər 901 min manat (972 min manat) və maliyyə aktivləri üzrə dəyərsizləşmə xərcləri isə 5 582 min manat (1 070 min manat) olmuşdur.
26 filialı olan bu BOKT-un işçi sayı 211 nəfərdən 189 nəfərə düşüb.
Beləliklə Qırğızıstan kapitallı “M Bulak BOKT” MMC-nin xalis zərəri 309 min manat olmuşdur. Qeyd edək ki, 2019-cu ildə 2 796 min manat xalis mənfəət əldə etmişdi.
Bu zərərdən sonra BOKT-un balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 3 279 min manatdan 2 870 min manata düşüb. Kapitalın həcmi isə 13 289 min manat olmuş, bunun da 10 408 min manatı nizamnamə kapitalıdır.
BORCLAR SİLİNİR, KREDİT PORTFELİ KİÇİLİR
2020-ci il üzrə “M Bulak BOKT”un aktivlərinin həcmi 39% kəskin eniş yaşamaqla 15 367 min manata qədər geriləyib. Bu azalmaya səbəb kredit portfelinin 17 697 min manatdan 12 033 min manata qədər, kassasında olan nəğd pulların isə 6 881 min manatdan 2 954 min manata qədər kəskin azalma yaşamasıdır.
Müşahidə edilir ki, “M Bulak BOKT” borcların tez bir zamanda ödənməsini hədəfləyib. BOKT-un ötən ilin əvvəlində olan 10 960 min manatlıq faizli borcu 1 455 min manata düşüb. BOKT-un borc illik 9% faiz dərəcəsi ilə olmaqla təminatsızdır.
“Şirkət borc götürmə ilə bağlı hər hansı bir şərtlərə tabe deyil”- deyə şərhdə əlavə edilir.