Azərbaycanın sığorta şirkətlərindən biri Şuşa şəhərində baş vermiş yol qəzasına görə sığorta ödənişi verib.
İşğaldan azad edilmiş ərazilərdə daşıma xidmətləri göstərən yük maşınlarından biri Şuşa istiqamətində hərəkət edərkən yol nəqliyyat hadisəsi baş verib.
Nəticədə nəqliyyat vasitəsinə ciddi zərər dəyib. Sığorta şirkəti öhdəliklərini yerinə yetirərək, dəymiş ziyana görə ödəniş edib.