Azərbaycanla Rusiya arasında altı sənəd imzalanıb.
Azərbaycan Baş nazirinin Rusiyaya rəsmi səfəri çərçivəsində iki dövlətin hökumət başçıları arasında keçirilən görüşün yekununda rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, baytarlıq, gömrük və digər sahələri əhatə edən aşağıdakı sənədlər imzalanıb:
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş;
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş;
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin elektron qaydada qarşılıqlı tanınması haqqında Protokol;
Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmət (Rusiya Federasiyası) ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında bitki karantini sahəsində informasiya sistemlərinin inteqrasiyasına keçidə dair Protokol;
“Azərbaycan Standartlaşdırma İnstitutu “Publik Hüquqi Şəxsi (Azstand) ilə Rusiya İxrac Mərkəzi arasında anlaşma Memorandumu;
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Əqli Mülkiyyət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında anlaşma Memorandumu;