Ermənistan prezidenti Armen Sarkisyan baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın Azərbaycanla imzalamağa hazırlaşdığı sənəd barədə məlumatı yoxdur.
“Ermənistan prezidenti sənədə dair prosesə cəlb olunmayıb. Deməli, sənədin detalları və buna dair müzakirələr barədə heç bir məlumatı yoxdur”, – Ermənistan prezdentinin administrasiyası məlumat verib.
Qeyd olunur ki, Sarkisyan hesab edir ki, bu cür proseslər bütün maraqlı tərəflərin cəlb olunması ilə daha açıq olmalıdır.