Bu gün Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) “Virgin Media” və “O2” telekommunikasiya operatorlarının birləşmə haqqında 38 milyard dollarlıq müqaviləsini təsdiq edib. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Bildirildiyi kimi, bu müqavilə həm mobil, həm də sabit genişzolaqlı xidmətlər göstərən Böyük Britaniyanın ən böyük inteqrasiya etmiş telekommunikasiya şirkətini yaradacaq.
“CMA” qərarının müstəqil ekspertlər tərəfindən qiymətləndirildiyini bildirib. O, birləşmənin sabit əlaqənin qiymətlərində artım yaratmayacağını və ümumi xərclərin az bir hissəsini təşkil edəcəyini vurğulayıb. Bundan əlavə, bazarda bu cür şəbəkələri daha böyük həcmdə olan və daha geniş bölgələri əhatə edən başqa oyunçular da var. Mobil rabitə haqqında danışan mütəxəssislər Böyük Britaniyanın bu sahəsinin yüksək rəqabət səviyyəsini də qeyd edirlər.
“CMA”nın nümayəndəsi Martin Koulmanın vurğuladığı kimi, “Virgin Media” və “O2” digər şirkətlər və milyonlarla istifadəçi üçün əhəmiyyətli xidmət təminatçılarıdır.