8 C
Baku
Friday, December 13, 2024

Britaniyanın Azərbaycanda qızıl hasil edən şirkəti səhmdarlara 10.3 mln dollar ödəyib

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining Plc.” şirkəti 2020-ci il üçün səhmdarlara 10.3 milyon ABŞ dolları həcmində dividend ödəyib.

Bu barədə şirkətin 2020-ci il üçün açıqladığı maliyyə hesabatında qeyd edilib.

Hesabata əsasən, 2020-ci maliyyə ili ilə əlaqədar olaraq hər adi səhm üçün 0,035 ABŞ dolları yekun məbləğ olaraq illik dividend bu ilin 29 iyul tarixində ödəniləcək. Hər səhmə görə 2020-ci maliyyə ili üçün ümumi ödəniləcək məbləğ 0,095 ABŞ dolları təşkil edir. Bu məbləğdən 0,06 ABŞ dolları artıq ödənilib.

Məlumatda həmçinin qeyd edilir ki, şirkət 2020-ci ilin əvvəlində bütün bank borclarından azad olub.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan “Uğur” yatağında da hasilatla məşğuldur.

Report

Son xəbərlər
Digər xəbərlər