6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda spirtli içkilər istehsalçısı böyük mənfəət əldə edib

Ölkədə spirtli içki istehsalçılarından biri müəssisə “Gəncə Şərab-2” ASC 2020-ci il üzrə xalis mənfəətini 27% böyüdüb.

Banker.az xəbər verir ki, bu barədə şirkətin 2020-ci il üzrə maliyyə hesabatında deyilir.

Hesabata görə, “Gəncə Şərab-2” ASC ötən il ərzində 15 milyon 594.6 min manat əsas əməliyyat gəliri, 11 milyon 47.5 min manat isə satışın maya dəyəri təşkil edib ki, beləliklə, 4 milyon 547.2 min manat ümumi mənfəət edib. Gəlirlərin həcminin 7.8% azalmasına rəğmən məhsulun maya dəyəri 18% azalıb. Qeyd edək ki, ümumi mənfəətin həcmi 2019-cu ildə 3 milyon 444.4 min manat idi.

Şirkət 273.6 min manat sair əməliyyat xərcləri edib, 58.6 min manat sair xərclər edib. Şirkətin 221.6 min manat kurs fərqindən vəsait əldə edib.

“Gəncə Şərab-2” 2020-ci il üzrə 898.4 min manat mənfəət vergisi xərci edib.

Bununla da 3 milyon 593.6 min manat xalis mənfəət əldə edib.

Son xəbərlər
Digər xəbərlər