Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bakı Apellyasiya Məhkəməsinə hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
Sənəd parlamentə Azərbaycan Prezidentinin imzasıyla daxil olub.
Sənədə əsasən, aşağıdakı şəxslərin Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb:
1. Həmidov Həmid Üzeyir oğlu
2. Hüseynov Azər Soltanhəmid oğlu
3. Tağızadə Mirzə Nəsib oğlu
4. Babayev Zəki Baba oğlu
5. Bəktaşi Səadət İnayət qızı
6. Əkbərov Mübariz Dosməmməd oğlu
7. İbrahimli İbrahim Adil oğlu
Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.