10 C
Baku
Wednesday, December 11, 2024

Dövlət şirkətində pul yeyintisi aşkarlanıb, cinayət işi açıldı

Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində baş vermiş qanunsuzluqlarla bağlı rayon prokurorluğuna vətəndaş müraciəti daxil olub.

Banker.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 2019-2020-ci illərdə işə götürülərək MKTİB-də ictimai işlərə cəlb edilmiş işçilərin bəziləri qismən işə gəlmiş, digər qismi isə ümumiyyətlə işə gəlməmiş, nəticədə həmin əməkdaşlara cəmi 32 min manat məbləğində əməkhaqqı ödənilmişdir.

Bundan başqa, Birliyin aktından məlum olmuşdur ki, həmin qurumun balansında olan avtomobillərin 3 min 700 manat dəyərində ehtiyat hissələri əsassız silinmişdir.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq hərtəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilmələri təmin ediləcəkdir.

Son xəbərlər
Digər xəbərlər