10 C
Baku
Thursday, December 12, 2024

Ölkədə əmlakdan yığılan vergilərin həcmi 6% azaldı

Azərbaycanda dövlət büdcəsinə ödənən əmlak vergisinin həcmi 2021-ci ilin yanvar-mart (birinci rüb) aylarında azaldığı halda və torpaq vergisinin həcmi artıb.

Bu barədə Banker.az rəsmi məlumatlara istinadən xəbər verir.

2021-ci ilin ilk rübü ərzində  39.43 milyon manat cəmi dövlət büdcəsinə əmlak vergisi ödənib. Bu isə 2020-ci illə müqayisədə 2.41 milyon manat, yaxud 5.76% azalma deməkdir. Əmlak vergisinin cəmi dövlət gəlirlərində (5 736.95 mln. manat) 0.7% təşkil edib.

Torpaq vergisinin həcmi cari ilin birinci rübündə cəmi  5.45 milyon manat təşkil etmişdir. Bu isə 2020-ci illə müqayisədə 2.53 milyon, yaxud 86.64% artım dinamikasıdır.

Xatırladaq ki, 2021-ci ilin birinci rübü ərzində Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin həcmi öncəki illə müqayisədə 2 095.42 milyon, yaxud, 26.75% azalıb. Azalmaya əsas səbəb ƏDV-nin illik mənfi dinamikasıdır.

Son xəbərlər
Digər xəbərlər