2 C
Baku
Saturday, December 14, 2024

Kredit mütəxəssisi necə olmaq olar?

Kredit mütəxəssisi vəzifəsini əldə etmək üçün ali iqtisadi təhsilinizin olması sizin üçün müsbət haldır. Lakin istənilən halda təcrübə müddətini keçməlisiniz. Bu müddət ərzində isə bankın məsul əməkdaşı potensial kredit mütəxəssisinə bu sahədə ona lazım olacaq cəhətləri aydınlaşdırır. Bir çox işəgötürən banklar kredit mütəxəssisi vəzifəsi üçün nisbətən gənc əməkdaşlara üstünlük verirlər.

Kredit mütəxəssisi olmaq üçün bir sıra şəxsi keyfiyyətlərə sahib olmaq lazımdır:

  • Öz fikirlərini düzgün şəkildə çatdırmağı bacarmaq,
  • İnsanları dinləməyi bacarmaq və gələcək ünsiyyəti qorumaq,
  • Məntiqi düşüncə,
  • Sağlam düşüncə,
  • Yaxşı yaddaş,

Bu sahə üzrə karyera pilləsinə başlamış kredit mütəxəssisləri işlərini pərakəndə  kreditləşmə üzrə davam etdirir.

Bu karyera pilləsinin ən yüksək mərhələsi isə kredit departamentinin rəhbəridir.

Kredit mütəxəssisinin əsas tapşırığı riskləri qiymətləndirməkdir. Öhdəlik gərginliklə zəngin olduğu qədər də, maraqlıdır. Burada professional bacarıqlarla yanaşı, intiusiya, iş duyğusu, hər hansı layihənin uğurla və yaxud əksinə uğursuzluqla nəticələnəcəyini təxmin etmək bacarığı kredit mütəxəssisinin karyerasında böyük rol oynayır. Özünüzdə bu keyfiyyətləri inkişaf etdirin və bu sahə üzrə ən yüksək pilləni fəth edin.

Son xəbərlər
Digər xəbərlər